Azərbaycanda avtomobil satışı bazarı dirçəlməyə başlayıb. FED.az xəbər verir ki, bu ilin yanvarında ölkəyə xaricdən idxal edilən avtomobillərin sayı 2 dəfə artıb. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, ynvarda xaricdən Azərbaycana 986 avtomobil gətirilib ki, bu da ötən ilin yanvarına (469 ədəd olmuşdu) nisbətən 2 qat artım deməkdir.
Ötən ay ölkəyə gətirilən minik avtomobillərinin sayı 908 ədəd, avtobusların sayı 4 ədəd, yük avtomobillərinin sayı 73 ədəd, xüsusi təyinatlı avtomobillərin sayı 1 ədəd olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin sayında 2,2 dəfə, yük avtomobillərinin sayında 1,8 dəfə artım baş verib.
Maşın bazarı dirçəlib – İDXAL 2 QAT ARTIB

19:34
17 Fev 2018