FED.az xəbər verir ki, 2022-ci il martın 1-də Azor adalarında batmış “Felicity Ace” yük gəmisinin göyərtəsində 4 minə yaxın nəqliyyat vasitəsi olub.
Gəmi ilə birlikdə 15 “Aventador”, 20 “Huracan” və 50 “Urus” olmaqla, 85 “Lamborghini”, həmçinin 846 “Audi”, 580 “Porsche”, 190 “Bentley” avtomobili batıb.
Suda qərq olan avtomobillərin arasında “Kia Soul”, “Mini Countryman”, “Nissan Versa Note”, eləcə də 1977-ci il istehsalı olan “Land Rover” və “BMW 750” də olub.
(Seanews.az)