Avtomobil alan zaman, biz həmişə çətin seçim qarşısında qalırıq: çoxlu pul xərcləyərək yüksək keyfiyyətə sahib olmaq, yaxud, qənaət edərək kompromislərlə barışmaq.
Eləcə də bax: "Sizə görə bizi sığortalamırlar" - SÜRÜCÜLƏRƏ MÜRACİƏT
FED.az AVTO Çinin 1 nömrəli SUV istehsalçısı olan Haval markasının təqdim etdiyi avtomobillər gərək olan xarakteristikalar ilə yanaşı, həm də optimal qiymətə malikdirlər. Haval Azərbaycan şirkəti qabaqcıl və keyfiyyətli yüksək keçimli avtomobillər təklif edir.
Uzaq məsafələrə rahat səyahət etməyi, keçilməz yollarla füsunkar məkanlara varmaq, nəhayət, mürəkkəb yolsuzluqda “palçıq qarışdırmağı” sevirsiniz? O zaman, Haval H9 ofrouderinə nəzər salmağınızı məsləhət görürük. Haval markasının flaqman modeli olan H9 nəinki mürəkkəb yolsuzluq şəraitində, həmçinin gündəlik həyatda da sizə etibarlı yol yoldaşı olacaq.
Avtomobilin təchizatına daxil olan zəngin avadanlıq siyahısı və premium keyfiyyətli materiallarla tərtib edilən geniş salon tam rahatlığı təmin edir.
Hətta, adi təchizat səviyyəsinə malik olan Haval avtomobilləri sizi təəccübləndirə bilər – burada adətən premium avtomobillərində rastlanan dəri, metal, toxunmaqdan həzz alacağınız plastik və başqa nəcib materiallar ilə tərtib edilmiş dəbli interyeri görmək olar.
Eləcə də bax: Spidometrdə yanıb-sönən işıqların mənası nədir? - SİYAHI
Daxili məkanının düşünülmüş dizaynı eyni zamanda funksionallığı ilə seçilir: üçzonalı klimat-kontrol, oturacaqların qızdırılması və elektriklə tənzimləməsi, USB-portlar, arxa görüntü kamerasına malik olan multimedia sistemi və yüksək keyfiyyətli səs sistemi avtomobilin malik olduğu geniş avadanlıq siyahısının kiçik bir hissəsidir.
Məlumdur ki, Haval öz avtomobillərini istehsal edən zaman Getrag, ZF, Bosch, BorgWarner, Hella və Autoliv kimi məşhur brendlərlə əməkdaşlıq edir.Bunlara misal olaraq, Haval H9 modelinin 218 at qüvvəsi 324 Nm fırlanma anı hasil edən turbomühərriki ilə tandemdə çalışan və alman ZF firmasının məhsulu olan 6 pilləli avtomatik ötürmələr qutusunu göstərmək olar.
Digər bir misal. H9 modeli elektronika idarələnən çoxdiskli muftaya və aşağı pəllələr cərgəsinə malik olan TOD BorgWarner tam çəkiş sistemi ilə təchiz edilib. Bu sistem altı hərəkət rejiminə malikdir: Auto, muftanı avtomatik olaraq qapadan 4L, “Palçıq”, “Qum”, “Qar” və “Sport”.
Əsl ofrouder kimi Haval H9 rama üzərində yığılmış, öndə ikiqollu, arxada isə uzununa qolları olan müstəqil olmayan asqı ilə təchiz edilir. 206 millimetrlik klirens, rama konstruksiyası və çoxsaylı elektron yardımçılar Haval H9 modelinin sürücüsünə yolsuzluqda özünü əmin hiss etmək şansı verir.
Artıq Haval H9 modelini əldə etmək çox asandır. Üstəlik, Haval Azərbaycan şirkəti 58500 manata təklif etdiyi H9 modelinə 5 illik və ya 100 min kilometrlik zəmanət verir. Eyni zamanda, Haval Azərbaycan H9 modelini əldə edənlərə 5 illik pulsuz servis xidməti də təklif edir. Haval H9 modelini kreditlə də almaq mümkündür – Haval Azərbaycan sizə 18 aylıq faizsiz kreditlə bu möhtəşəm ofrouderə sahib olmaq şansı verir.
Macəra sevirsiniz? Haval H9 gəlir! - QİYMƏT, GÖSTƏRİCİLƏR
13:33
29 Noy 2018