Almaniyanın tanınmış motor yağları və qatqılarının satışını həyata keçirən “Liqui Moly Express Servis və Satış Nöqtələri” Azərbaycanda fəaliyyətini genişləndirirək daha bir yeni ünvanda satış və servis mərkəzinin açılışına hazırlaşır.
FED.az xəbər verir ki, Bakı şəhəri, Azadlıq prospekti 178 ünvanında (varovski dairəsinə yaxın) yerləşən satış və serviz mərkəzində müştərilərə yüksək keyfiyyətli mühərrik yağları ilə yanaşı geniş çeşiddə yanacaq və yağ qatqıları təklif olunacaq.
"Liqui Moly Express Servis və Satış Mərkəzi”nin rəhbəri Arif Məmmədovun sözlərinə görə, yeni açılacaq satış və serviz mərkəzinin əsas məqsədi müştərilərin dəyərli vaxtlarına qənaət etməkdir. Bakının müxtəlif ərazilərində satış və servis mərkəzlərimiz mövcuddur. Biz xidmət coğrafiyamızı genişləndirməklə müştərilərimizə daha çox dəyər veririk, xidmətlərimizi onlar üçün daha əlçatan edirik. Bizim əsas strateji hədəfimiz yüksək keyfiyyətli xidmətlər göstərməklə müştəri məmnuniyyəti səviyyəsini daha da yüksəltməkdir.
Mərkəz rəhbəri həmçinin qeyd edib ki, yeni açılacaq servisdə avtomobillərin mühərrik və digər aqreqatlarında yaranan və bahalı təmir işləri ilə nəticələnə bilən problemlərin öncədən müəyyən olunması və qarşısının alınması üçün xüsusi avadanlıqlardan, yuyucu, təmizləyici və yağlayıcı maddələrdən istifadə olunacaq.
Qeyd edək ki, yeni satış və servis mərkəzində müştərilər istənilən “LIQUI MOLY” məhsulunu onlayn və ya mağazalara yaxınlaşaraq zaminsiz, arayışsız, tək şəxsiyyət vəsiqəsi ilə 35 aya qədər kreditlə də əldə edə biləcəklər.
Kredit imkanlarına həmçinin “LIQUI MOLY EXPRESS SERVİS VƏ SATIŞ NÖQTƏLƏRİ-ndə göstərilən xidmətlər (yağ dəyişmə və digər xidmətlər) də daxildir.
Ətraflı məlumat üçün:
Əlaqə: (+99451) 201 02 15