“Liqui Moly Ekspres” artıq yeni ünvanda – Asif Məhərrəmov küçəsi (Şamaxinkada Mərd Petrolun yaxınlığı)
Almaniyanın tanınmış motor yağları və qatqılarının satışını həyata keçirən “Liqui Moly Ekspres Servis və Satış Nöqtələri” müştərilərə göstərilən xidmətin keyfiyyətinin artırılması istiqamətindəki işlərini uğurla davam etrdirir. Belə ki, “Liqui Moly”nin əvvəl Asif Məhərrəmov küçəsi 80 ünvanında (Şamaxinka) yerləşən satış və servis mərkəzi artıq faəliyyətini yeni və geniş bir mərkəzdə davam etdirir.
Artıq müştərilər yeni ünvana - Şamaxinka adlanan ərazidə Mərd Petrol YDM-in yanında yerləşən üç geniş boksdan ibarət olan servis və satış mərkəzinə yaxınlaşa bilərlər.
"Liqui Moly Ekspres Servis və Satış Mərkəzi”nin rəhbəri A.Məmmədovun sözlərinə görə, yeni ünvana köçməkdə məqsəd müştərilərə göstəriləcək xidmətləri daha da yüksəltməkdir. “Əvvəlki ünvanda yerləşən satış və serviz mərkəzi lokasiya və genişlik baxımından bizə uyğun deyildi. Yeni mərkəz 3 boks və bir satış mərkəzindən ibarət olmaqla müştərilərimiz üçün daha rahat olacaq, çox vaxt itirməyəcəklər. Burada həmçinin avtomobillərə xidmət zamanı müştərilər üçün xüsusi dizayn edilmiş gözləmə otağı da yaradılıb. Biz müştərilərə dəyər veririk, əsas məqsədimiz də onların dəyərli vaxtlarına qənaət etməkdir. Ümumiyyətlə, “Liqui Moly”nin Bakının müxtəlif ərazilərində satış və servis mərkəzləri mövcuddur. Biz xidmət coğrafiyamızı genişləndirməklə müştərilərimizə daha çox dəyər veririk, xidmətlərimizi onlar üçün daha əlçatan edirik. Ən başlıca hədəfimiz də yüksək keyfiyyətli xidmətlər göstərməklə müştəri məmnuniyyəti səviyyəsini daha da yüksəltməkdir”.
A.Məmmədov həmçinin qeyd edib ki, mərkəzdə müştərilər istənilən “LIQUI MOLY” məhsulunu onlayn və ya mağazalara yaxınlaşaraq zaminsiz, arayışsız, tək şəxsiyyət vəsiqəsi ilə 35 aya qədər kreditlə də əldə edə bilərlər. Bununla yanaşı servisdə avtomobillərin mühərrik və digər aqreqatlarında yaranan və bahalı təmir işləri ilə nəticələnə bilən problemlərin öncədən müəyyən olunması və qarşısının alınması üçün xüsusi avadanlıqlardan, yuyucu, təmizləyici və yağlayıcı maddələrdən istifadə olunacaq.
Satış və servis mərkəzi ilə əlaqə: (+99451) 201 02 15









