20 oktyabr 2025-ci il tarixində saat 11:00-da “Ekspert Hərrac Mərkəzi”ndə hərrac keçiriləcək.
DAEWOO avtobusları yeni sahiblərini gözləyir - HƏRRAC, QİYMƏTLƏR - SİYAHI
FED.az xəbər verir ki, hərraca Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Muğanbank” ASC-nin balansındakı avtomobillər çıxarılacaq. Hərracda təqdim edilən əmlaklar “Mercedes-Benz S450” markalı avtomobillərdir və buraxılış illəri 2018 və 2019-cu illəri əhatə edir. Hər iki avtomobilin ilkin satış qiyməti 80 000 manat təşkil edir.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər müraciətlərini hərracın keçiriləcəyi tarixdən azı 5 iş günü əvvəl təqdim etməlidirlər. İştirak üçün tələb olunan sənədlər arasında iştirak ərizəsi, satış qiymətinin 5%-i məbləğində behin ödənilməsini təsdiq edən sənəd, fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxslər və ya fərdi sahibkarlar üçün isə vergi ödəyicisinin uçota alınması haqqında sənəd daxildir. Beh məbləği hər bir avtomobil üçün 4 000 manat təşkil edir.
Hərrac Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 83 ünvanında, World Business Center ofis 4/3-də keçiriləcək.