Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 16-da növbəti əmlak hərracı barədə elan verib.
FED.az xəbər verir ki, həmin gün digər daşınmaz əmlaklarla yanaşı dövlət qurumlarının balansında olan 39 maşın da hərraca çıxarılıb. Onların böyük əksəriyyəti - 35 ədədi əvvəllər Nəqliyya Nazirliyinin tabeliyində olan "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi" MMC-nin balansındadır. Xatırladaq ki, həmin MMC indi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindədir.
2008-ci ilə aid olan "MAN LİON S Classik A-74" markalı maşınlar isə 25 min manat ilkin satış qiyməti ilə satışa çıxarılıb.
Oktyabrın 16-da baş tutacaq hərraca çıxarılan ən ucuz maşın isə Xızı rayon İcra Hakimiyyətinin balansındakı "Nissan Maxima"dır - 6000 manat (2005-ci il). Eyni markadan olan və 2007 -ci ildə istehsal edilən maşın isə 7 000 manata təklif edilir.
Qeyd edək ki, hərracda iştirak etmək istəyən vətəndaşlar maşınların dəyərinin 10%-i məbləğində beh ödəməlidirlər. Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
-
Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
-
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
Maşınların tam siyahısı və qiymətləri ilə buradan tanış ola bilərsiz.