Cənubi Koreyanın avtomobil istehsalçısı “Kia” yenilənmiş sedan K7 modelinin daxili bazarda satışına başlayıb.
FED.az xəbər verir ki, K7-nin beş müxtəlif versiyası təklif olunur. Bunlardan biri də benzinlə işləyən 3 litrlik mühərrikə, 8 pilləli avtomat sürət qutusuna malik yeni versiyadır.
Xarici bazarda “Cadenza” adı ilə tanınan “Kia K7” avtomobilinin qiyməti 31-40 milyon von (28 min 500-37 min ABŞ dolları) arasında dəyişir.
“Kia”nın rəsmiləri hesab edirlər ki, müxtəlif versiyalar müştərilər üçün seçim imkanını genişləndirməklə, şirkətin son vaxtlar azalan satışlarının dirçəlməsinə kömək edəcək.