Çinin “Geely” şirkətinin rəhbəri “Daimler” şirkətinin 9,69% səhmlərini alıb. RBK agentliyinə istinadən, sövdələşmənin məqsədi çinli şirkətin elektromobil istehsalında yeni texnologiyalara çıxış əldə etməsidir.
FED.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, şirkətin rəhbəri Li Şufu 9 mlrd. dollar həcmində 9,69% “Mercedes” markalı avtomobilləri istehsal edən “Daimler” şirkətinin səhmlərini toplayıb. “Geely” elektromobillərlə yanaşı, pilotsuz avtomobil istehsalında da almaniyalı şirkətlə ortaqlıq qurmağı hədəfləyir.
“Daimler” xəbəri təsdiqləyərək innovasiyalarda maraqlı olan yeni investoru salamlayıb. Qeyd edək ki, “Geely” bundan əvvəl Malayziyanın “Proton” avtomobil şirkətinin səhmlərinin 49%-ni və “Volvo”nun 3,3 mlrd. dollarlıq səhmlərini alıb.