«Haval Azərbaycan» şirkəti Azərbaycanda yeni yolsuzluq avtomobilinin satışlarına başlayıb. FED.az xəbər verir ki, şirkətin yeni «Haval H9» modeli 2 litr həcmli turbo mühərriklə təmin edilib. Avtomobil benzin və dizel olmaqla iki variantda təqdim edilir.
Benzin mühərrikli variant 252 at gücünə malikdir, şəhər daxil yanacaq sərfi 12-13 litr təşkil edir. Qiyməti 63 900 manatdır.Eləcə də bax: Azərbaycanda hökumət köhnə maşınları əhalidən pulla alacaq
Dizel mühərrikli variant 190 at gücünə malikdir, şəhərdaxili yanacaq sərfi 9-10 litr təşkil edir. Qiymət 65 900 manatdır.
Hər iki model 8 pilləli avtomatik sürət qutusu ilə təmin edilib.
Yeni model Azərbaycan bazarında çoxdan tanınmış «Toyota»nın «Prado» modelinə rəqib olacaq. «Prado» bazarda çoxdan olsa da, nisbətən kiçik mühərrikli modellərin gücünün az olması, eləcə də qiymətin yüksəkliyi (ən aşağı qiymət 79 min manatdan başlayır) səbəbindən alıcılar üçün «Haval H9» daha cəlbedici görünə bilər.