"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Jaguar Land Rover Automotive PLC" avtomobil istehsalçısının emitentin uzunmüddətli defolt reytinqini "B+"dan "B" səviyyəsinə endirib, reytinq üzrə proqnozunu isə mənfi olaraq təsdiqləyib.
Eləcə də bax: Toyotanın hibrid avtomobil satışı - 15 MİLYONU KEÇDİ
FED.az xəbər verir ki, kredit reytinqinin aşağı salınması avtomobil istehsalçısının gözlənilən satışlarının kəskin azalması və aprelin 20-dək olan izolyasiya müddətinin may ayının ortalarınadək uzadılmasını əks etdirir.
"Fitch"ə görə, 2021-ci fiskal ilində "Jaguar Land Rover Automotive PLC"nin gəliri 15% azalacaq, 2022-ci fiskal ilində isə kapital qoyuluşları 28,6% artacaq.
Apa