Mütəxəssislər 2020-ci ildə dünya bazarında avtomobil satışlarının koronavirus səbəbindən 22 faiz azalacağını düşünürlər.
Eləcə də bax: Azərbaycanda avtodilerlər hökumətdən – 3 AYLIQ GÜZƏŞT İSTƏYİR
FED.az xəbər verir ki, “IHS Marki”nin proqnozuna görə, dünyada bir il ərzində 70,3 milyon nəqliyyat vasitəsi satılacaq.
“Təxirə salınmış və sarsılan tələblər qlobal tədarük zəncirlərinin genişmiqyaslı pozulması ilə birləşdirildiyi üçün bazar perspektivləri birmənalı deyil”, - proqnozda qeyd edilir.
Ekspertlər hesab edirlər ki, əsas bölgələrdəki avtomobil zavodları bağlandıqdan sonra istehsalın tam bərpası üçün vaxt lazımdır. Buna görə də dünyada avtomobil istehsalı 21 faiz azalacaq.
Oxu