Koronavirus Azərbaycanda "Toyota" avtomobillərinin satışına təsir göstərməyib.
FED.az xəbər verir ki, bunu "Toyota Center Baku"nun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Eldəniz Cəfərov deyib.
Eləcə də bax: Azərbaycana avtomat sürət qutulu - «LADA»LAR GƏTİRİLİR - QİYMƏTLƏR
Onun sözlərinə görə, avtomobil qiymətləri stabil qalır:
"Biz qiymət artımında maraqlı deyilik. İstəyirik ki, "Toyota" avtomobilləri bütün vətəndaşlar üçün əlçatan olsun. Hazırda bəzi modellərə endirim tətbiq etmişik. Ehtiyat hissələrdə və servis xidmətlərində də qiymət artımı yoxdur, əksinə, 15 faizədək endirim təklif olunur. Hazırda endirim kampaniyamız davam edir. "Toyota"nın rəsmi dileri olaraq, biz beynəlxalq standartlara uyğun işləyirik. Daim vətəndaşlara göstərilən xidmətləri təhlil edirik və müştəri məmnunluğunu yüksəldirik".
O bildirib ki, Yaponiya Avrasiyanın ucqarında yerləşdiyi üçün Azərbaycana maşınların çatdırılması vaxt tələb edir:
"Rahatlıq, dözümlülük və təhlükəsizlik baxımından "Toyota" avtomobilləri bütün müasir tələblərə cavab verir və bu da gözlənilən vaxta dəyir. Hələlik tədarüklə bağlı problem yoxdur. Poblem yaransa belə, bu, qısamüddətli xarakter daşıyacaq".
E.Cəfərov bildirib ki, bütün dünyada satışların 2 faiz azalması perspektivi hələ koronavirusun yayılmasından əvvəl qeydə alınıb:
"Bu azalma 2022-ci ilədək davam edəcək. Təbii ki, bu, Avropaya, həmçinin Azərbaycana şamil olunacaq. Amma növbəti müddətdə avtomobil sektoru sürətlə inkişaf edəcək. 2025-2050-ci illər ərzində biz pilotsuz avtomobillərin istehsalının şahidi olacağıq. 2050-ci ilədək Yaponiya, ABŞ və Avropanın, elə Azərbaycanın da yol-nəqliyyat infrastrukturu təkmilləşəcək. Mərkəzin satış və servis xidmətləri koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı hökumət tələblərinə uyğun işləyir. Dezinfeksiya işləri aparılır. Şirkət xüsusi tibbi və dezinfeksiya vasitələri ilə təchiz olunub".
Trend