Azərbaycanın Xəzərin o tayındakı qonşuları – Qazaxıstan və Özbəkistan avtomobil istehsalı üzrə böyük irəliləyişlərə başlayırlar.
«Kia Sorento»lar Qazaxıstanda istehsal olunacaq - FOTOLAR
FED.az xəbər verir ki, Özbəkistanda «ADM Cizzax» zavodu yığcam «Kia Sonet» krossoverinin istehsalına başlayacaq.
Özbəkistanda avtomobil sadəcə yığılmayacaq, burada montajın tam tsikllə, yəni gövdələrin qaynaqlanması və rənglənməsi ilə (2025-ci ildən - ştamplama ilə) həyata keçirilməsi planlaşdırılır. İstismar işləri bu ilin mart ayında başa çatdırılmalıdır, layihə gücü isə ildə 100 min avtomobildir.
Qeyd edək ki, «Kia Sonet» modeli «Kia Seltos»un mini versiyasına bənzəyən yığcam yolsuzluq avtomobilidir. Avtomobil 2020-ci ildə inkişaf etməkdə olan bazarlar üçün xüsusi olaraq hazırlanıb və keçən il restaylinq edilib. Maşının ölçüləri - 4120 × 1790 × 1647 mm, təkər bazası - 2500 mm-dir.
«Kia Sonet» üç mühərriklə təchiz olunub: 118 at gücünə malik üç silindrli 1 litrlik turbomühərrikli, 83 at gücünə malik 1,2 litrlik atmosferik mühərrik, 113 at gücünə malik 1,5 litrlik atmosferik mühərrik.