Koreyanın «Kia» şirkəti məşhur «Rio» modelini əvəz edəcək yeni «K3» hetçbekini təqdim edib.
FED.az xəbər verir ki, «Kia K3» hetçbekinin uzunluğu 4295 mm, təkər bazası 2670 mm-dir. Avtomobildə LED fənərlər, 17 düymlük təkər diskləri və sair var.
Salonda ön paneldə alət paneli və multimedia sistemini birləşdirən böyük geniş ekran var. Avadanlığa altı hava yastığı, iki zonalı iqlim nəzarəti, avtomatik təcili əyləc, zolaq saxlama və kor nöqtəyə nəzarət sistemləri daxildir.
Yeni «Kia K3» modeli 1,6 litr və 2,0 litrlik benzin mühərrikləri ilə təklif olunacaq. Maşın həm avtommatik, həm də mexaniki sürət qutusu ilə satılacaq.
Qiymətlər hələ açıqlanmayıb, maşının satışına 2024-cü ilin yanvar ayından başlanacaq.