"KIA Motors Azerbaijan"ın satışları ötən illərlə müqayisədə azalıb.
FED.az xəbər verir ki, bunu saytımıza açıqlamasında şirkətin satış departamentinin direktoru Cavid Ağazadə deyib. O bildirib ki, bu azalma növbəti illərdə də davam edəcək: "Çünki gələn il gömrük rüsumlarının həcminin qaldırılacağı deyilir. Digər tərəfdən də bankların uğursuz kredit şərtləri avtomobil alıcılarının sayının azalmasına səbəb olur."
Qeyd edək ki, cari ilin noyabr ayında Cənubi Koreyanın “Kia Motors” şirkətinin satışları da ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz azalıb. Yayılan məlumatlara görə, ötən ay dünyada 259 min “Kia” avtomobili satılıb. Bildirilir ki, satışın azalmasına xarici bazarda “Kia” avtomobillərinə tələbatın zəifləməsi səbəb olub.
"KIA Motors Azerbaijan"ın satışları kəskin azalıb
12:36
4 Dek 2017