Əvvəllər avtomobillərin sığorta olunmaması, texniki baxışdan keçməməsi kameralara düşürdü, indi təhlükəsizlik kəmərindən istifadə etməyənləri kameralar üzə çıxarır.
ELƏCƏ DƏ BAX: Kreditdə olan ikinci əl avtomobillərin - QİYMƏTLƏRİ
FED.az-ın məlumatına görə, kameralar paytaxtın, demək olar, bütün ərazilərində quraşdırılsa da, sorğu nəticəsində sürücülərin əksəriyyətinin bundan xəbərsiz olduğu məlum olub.
Ekspert Elməddin Muradlı bu sahədə təbliğat işləri aparmaq lazım olduğunu bildirib.
Məsələdən xəbərdar olan sürücülər kameraya düşməmək üçün tünd geyimlər geyinirlər.
Qeyd edək ki, təhlükəsizlik kəmərlərindən istifadə etməyən sürücülər üçün cərimə məbləği 40 manat təşkil edir.
ARB TV
Kəmər taxmayanlara – BƏD XƏBƏR
19:35
28 Noy 2018