"Kamaz"ın 2024-cü ilin birinci yarısında xalis mənfəəti 3,7 milyard rubl təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə azdır.
Kanada Çin istehsalı olan “Tesla”nın idxalına 100% rüsum tətbiq edəcək
FED.az xəbər verir ki, bu, şirkətin beynəlxalq maliyyə hesabatları standartları (BMHS) üzrə hesabatında deyilir.
Hesabat dövründə şirkətin gəliri 12% artaraq 187,6 milyard rubla çatıb.
Ümumi mənfəət 8,5% artaraq 34,7 milyard rubl təşkil edib, əməliyyat mənfəəti isə 13,7% azalaraq 14,8 milyard rubla düşüb.
“Çətin vəziyyət və bazar dinamikası fonunda şirkətin ardıcıl sabit göstəriciləri yük və sərnişin nəqliyyat vasitələrinin model çeşidinin inkişafı üzrə işlərin nəticələri və investisiya layihələrinin uğurla həyata keçirilməsilə əlaqədardır", - şirkətin baş direktoru Sergey Koqoqin şərh edib.
Məlumatlar açıqlandıqdan sonra “Kamaz”ın səhmləri ucuzlaşıb.
"Kamaz" Rusiyanın ən böyük yük avtomobilləri istehsalçısıdır və iyirmi aparıcı qlobal istehsalçıdan biridir. Şirkət yük maşınları, qoşqular, avtobuslar, mühərriklər və güc blokları istehsal edir. (Marja)