Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yük maşını körpüdən avtomobilin üzərinə aşdı, - 2 nəfər öldü, 3 nəfər yaralandı
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi qəza anının görüntüsünü yayıb.
Qeyd edək ki, ilkin məlumata görə, hadisə nəticəsində “KamAZ”ın aşdığı avtomobildən 2 nəfərin meyiti çıxarılıb.