"2022-ci ildə Kamaz yük avtomobillərinin istehsalı ötən ilin nəticələri səviyyəsində - 44,1 min avtomobil və ya onlardan bir qədər çox olacaq".
Eləcə də bax: "Kamaz" "Araz Vadisi İqtisadi Zonası"nı - TƏRK EDİB
FED.az xəbər verir ki, bunu jurnalistlərə "Kamaz"ın baş direktoru Sergey Koqoqin bildirib.
“Keçən ilin səviyyəsində, bəlkə də bir az daha çox” - o, ilin sonunda yük maşınlarının istehsalı ilə bağlı sualı cavablandırarkən deyib.
Eyni zamanda, şirkətin Baş direktoru 2023-cü il üçün istehsal planlarını açıqlamayıb.
Daha əvvəl dərc edilmiş məlumatlara görə, ötən il “Kamaz” istehsalı 18% artaraq 44,1 min yük avtomobilinə çatıb.
Kamaz Rusiyada ən böyük yük maşınları istehsalçısıdır. Onun Vyetnam, Qazaxıstan, Pakistan və Hindistanda montaj zavodları var. Avtomobil istehsalçısının əsas səhmdarları Rostec dövlət korporasiyası (47,1%), Avtoinvest (23,54%) və Daimler AG (15%) şirkətləridir. (Marja)