"Kamaz" şirkəti iyunun 12-də pilotsuz elektrik avtobusu "Şatl" prototipini təqdim edib. Elektrik avtobusu Kazanka çayının ətrafındakı çəpərli ərazidə xüsusi bir marşrut boyunca bir neçə yüz metr hərəkət edib. Nümayiş zamanı pilotsuz elektrobusun sürəti saatda 10 km çatıb.
FED.az aif.ru-ya istinadən xəbər verir ki, nəqliyyat vasitəsi sərt səthli yollarında hərəkət edə bilər və onun maksimal sürəti saatda 110 km-dir. Şirkət rəhbərinin müavini İrek Gümerovun fikrincə, pilotsuz elektrobusları artıq qapalı ərazilərdə istifadə edə bilərlər: sərgi komplekslərində, park zonalarında və s.
Gümerov həmçinin şirkətin pilotsuz yük maşınını inkişaf etdirməyi planlaşdırdığını bildirib. Hələ keçən ay Krasnodar bölgəsindən Krım körpüsünə yol alan A-290 "Novorossiysk-Kerç" federal magistralında Rusiyanın pilotsuz nəqliyyat vasitələri testdən də keçiblər.
Turqay Həsənov
"Kamaz" pilotsuz elektrik avtobusu buraxacaq
15:50
14 İyun 2018