Ötən ay taksi və yemək sifarişi servisi “Uber”in əməkdaşlarının 20 %-i işdən ayrılıb.
Eləcə də bax: Sanksiya xəbəri “Çin Uber”inin səhmlərini - 10%-ə Yaxın Ucuzlaşdırıb
FED.az xəbər verir ki, işçilərin kütləvi şəkildə getmələri ABŞ bölməsinin rəhbərlərinin ümumi iclasında müzakirə olunub.
Məlumata görə, kadrların şirkəti tərk etməsinin bir sıra əsas səbələri var. Belə ki, işçi heyyətin bir hissəsinə görə bu bazarda son vaxtlar onun çoxlu rəqibləri yaranıb. Bu da onlara iş yerlərini dəyişmək üçün böyük imkanlar verir. Məsələn bu yaxınlarda şirkətin top-meneceri Con Feldman yemək çatdırma xidməti olan “Gopuff”a gedib, marketing üzrə menecer Lora Cons isə “Uber”in daha bir rəqibi “Instacart”ın vitse-prezidenti olub.
Digər faktorlar pandemiyadan sonra iqtisadiyyatın bərpası və işçiləri ruhlandıra bilən əvvəlki icraçı deriktor Trevis Kalanikdən fərqli olaraq hazırkinin (Dara Xosrovxaşi) daha az xarizmatik olmasıdır.
Xatırladaq ki, “Uber” dünyanın və ABŞ-ın ən böyük onlayn taksi xidməti şirkətidir. Bu ilin əvvəlinə olan məlumata görə şirkətin 25 minə yaxın əməkdaşı olub. Onların 70 %-i ABŞ-da işləyib. “Uber”in Hollandiya, Böyük Britaniya, Danimarka, Bolqarıstan, Fransa, Hindistan və Braziliyada ofisləri var. (Report)