Banner

Avto

İranda benzin "Yanacaq Kartı" ilə satılacaq 

İranda benzin "Yanacaq Kartı" ilə satılacaq  | FED.az
08:53 31 May 2019

İranda 11 Avqustdan etibarən ölkənin bütün əyalətlərində vətəndaşlar benzini yalnız "Yanacaq Kartı" ilə ala biləcəklər.

FED.az xəbər verir ki, İran Milli Neft Məhsulları Satışı Şirkəti (NIOPDC) tərəfindən verilən açıqlamada, 10 Avqustdan etibarən avtomobil sahiblərinin benzini yalnız ağıllı "Yanacaq Kartı" ilə ala biləcəkləri qeyd edilib.

Açıqlamada kartı olmayanların ya da itirənlərin əlaqədar mərkəzlərə müraciət etmələri vəziyyətində kartların ünvanlarına göndəriləcəyi vurğulanıb.

Eləcə də bax: Tramp İranla danışıqlar üçün - ŞƏRTLƏRİNİ AÇIQLAYIB

Hökumətin ölkənin quru sərhədlərindəki qaçaq benzin satışlarının qarşısını almaq üçün belə bir yola müraciət etdiyi bildirilib. Bu tətbiqin kvota sistemi olub-olmadığı ilə əlaqədar hər hansı bir məlumat paylaşılmayıb.

Ölkədə, may ayının əvvəlində bəzi xəbər agentlikləri, benzin satışında "Yanacaq Kartı" tətbiqinə keçiləcəyini və beləcə bir adamın min tüməndən satılan benzindən ayda yalnız 60 litr ala biləcəyini, bundan daha çoxunu almaq istəyənlərin isə litrinə 2 min 500 tümən ödəyəcəyini yazmışdı. İran Milli Neft Şirkəti isə  bu iddiaların əsassız olduğunu bildirmişdi.

©Marja

Digər xəbərlər

Banner