Çin şirkətləri elektromobil istehsalı sektorunda yeni sıçrayışa hazırlaşır.
Avtomobil almaq üçün ilin ən münasib zaman - AÇIQLANDI
FED.az xəbər verir ki, FAW şirkəti sentyabr ayında Çində olduqca aşağı qiymətə yeni «FAW Bestune Xiaoma» elektromobilini satışa çıxaracaq.
Azərbaycanda pullu yollar dövrü başlayır – TARİF ŞURASINA TAPŞIRIQ VERİLDİ - YENİ QƏRAR
Qiyməti cəmi 4100 dollar olacaq elektromobil indiyədək ən ucuz maşın sayılan və Çində ən çox satılan «Wuling Hongguang Mini EV» ilə rəqabət aparmaq və satış rekordu vurmağı hədəfləyir.
Yeni avtomobilin adı – «Xiaoma» məşğul smartfon brendi olan «Xiaomi» ilə oxşar olsa da, onunla əlaqəsi yoxdur.
Avtomobilin qiyməti 4100 dollardan başlayaraq 6900 dollaradək dəyişəcək. Bu indiki məzənnə ilə 6 970-11 730 manat arasındadır.
«FAW Bestune Xiaoma» - ölçüləri 3000 × 1510 × 1630 mm və təkər bazası 1953 mm olan kiçik ikiqapılı şəhər avtomobilidir. O, 2022-ci ildə Çinin ən çox satılan elektrik avtomobili olan «Wuling Hongguang Mini EV»dən 83 mm uzun, 17 mm daha geniş və 9 mm hündürdür.
«Bestune Xiaoma»nın boş çəkisi təxminən 700 kq, ümumi çəkisi isə təxminən 1000 kq-dır. «Xiaoma» dörd oturacaq təklif edir. Yaxınlaşma və gediş bucaqları müvafiq olaraq 29 və 43 dərəcədir. «FAW Bestune Xiaoma» 27 at gücünə malik elektrik mühərriki ilə təchiz edilib. Elektrik mühərrikini «Shuanglin» şirkəti istehsal edib, bu şirkət «Chery» və «SGMW» üçün də elektrik mühərrikləri istehsal edir. Həmin mühərrik «Wuling Hongguang Mini EV»də də quraşdırılıb.
«Bestune Xiaoma»nın maksimal sürəti 100 km/saata çatır.