Elektrik mühərrikli avtomobillər istehsal edən “Tesla” şirkətinin təsisçisi İlon Mask “Twitter” üzərindən etdiyi açıqlamada “Tesla”nı bu il içində Türkiyədə bazara təqdim etməyi plandıqlarını bildirib.
FED.az DigitalAge.com-a istinadən xəbər verir ki, o, deyib: “Ölkənizi sevirəm və “Tesla” bazara təqdim edilərkən, şəxsən mən də orda iştirak edəcəm”.
Qeyd edək ki, Mask ötən ilin noyabr ayında Türkiyənin paytaxtı Ankaraya gəlmişdi. Biznesmen “Anıtkabir”i ziyarət edərək 10 Noyabr (Türkiyə Cümhuriyyətinin Qurucusu Mustafa Atatürkün anım günü) paylaşımını etmişdi.
Xatırladaq ki, daha əvvəl bildirilirdi ki, dünyanın ən çox satan elektrik mühərrikli avtomobil markası “Tesla”nın Türkiyədə servis mərkəzi və mağazası açılacaq.
ABŞ bazarında “Model 3”ün qiyməti 35 min dollardan başlayır. Model 2016-ci ilin aprelin 1-də 1000 dollar öncədən ödəmə ilə sifariş qəbul edirdi. “Model 3”ə bir ay içində 400 mindən çox sifariş gəlib. “Model 3” Avropa bazarında isə 2018-ci ilin sonlarında daxil olacaq.
“Model 3” isə Türkiyədə 2019-cu ildə satışa çıxarılacaq. Qiymət isə təxminən 70 min avro olacaq. Galeriyada “Model S” ilə “Model X”in qiymətinin 180 min avro olacağı gözlənilir.