Elektrik avtomobillərin istehsalı üzrə “Tesla” şirkətinin yeni zavodu Almaniyanın Qrünhayd qəsəbəsində açılıb.
FED.az xəbər verir ki, ildə yarım milyonadək elektromobilin istehsal ediləcəyi və 12 minə yaxın insanın işlə təmin olunacağı müəssisə “Gigafactory” adlandırılıb.
Zavodun işə salınma mərasimində brendin sahibi İlon Maskdan başqa Almaniyanın Federal kansleri Olaf Şolts və İttifaq 90/Yaşıllar Partiyasının həmsədri Robert Habek də iştirak ediblər.
Qeyd edək ki, hazırda “Tesla”nın ABŞ, Çin və Almaniyada zavodları var. İlon Maskın Hollandiyanın Tilburq şəhərində də zavodu var idi. Lakin keçən ilin əvvəlində o, zavodu bağlamağa məcbur olub.