Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.
Bakı Nəqliyyat Agentliyindən FED.az-a verilən məlumata görə, Kövkəb xanım Səfərəliyeva və Dilarə Əliyeva küçələrində mövcud nişanlanma xətlərinin yenilənmə işlərinin aparılması ilə əlaqədar olaraq 23.04.2019-cu il tarixində saat 23:00 - 06:00-a kimi qeyd edilən küçələrdə nəqliyyat vasitələrinin hərəkəti tamamilə və ya qismən məhdudlaşdırılacaq.
İki mərkəzi küçədə nəqliyyatın hərəkəti - MƏHDUDLAŞDIRILIR

17:17
23 Aprel 2019