Azərbaycanda Mazda avtomobillərinin rəsmi idxalçısı “Rotary Motors” MMC və Subaru avtomobillərinin rəsmi idxalçısı “Subaru Azərbaycan” MMC konsolidə edilmiş hesabat dərc etdiriblər.
FED.az hesabata istinadən xəbər verir ki, ötən il iki şirkətin avtomobil satışından cəmi gəlirləri 10 milyon 41 min manat, o cümlədən “Rotary Motors”un gəlirləri 8 milyon 583 min manat, “Subaru Azərbaycan”ın gəlirləri 1 milyon 458 min manat təşkil edib.
Şirkətlərin ehtiyat hissələrinin satışından cəmi gəlirləri 2 milyon 80 min manat (o cümlədən, “Rotary Motors” üzrə 1 milyon 621 min manat, “Subaru Azərbaycan” üzrə 459 min manat), servis xidmətlərindən gəlirləri isə 526 min manat (o cümlədən, “Rotary Motors” üzrə 407 min manat, “Subaru Azərbaycan” üzrə 118 min manat) olub.
Ötən il iki şirkətin cəmi xalis mənfəəti 438 min manat, o cümlədən “Rotary Motors”un xalis mənfəəti 423 min manat, “Subaru Azərbaycan”ın xalis mənfəəti 15 min manat təşkil edib.
2017 cə 2018-ci illərdə “Subaru Azərbaycan”ın yığılmış 439 min 849 manat xalis zərəri nəzərə alındıqda qrup ötən ili 1577 manat xalis zərər ilə bağlayıb. (Marja)