Azərbaycanda idxal edilən istismar olunan avtonəqliyyat vasitələrinə dair norma müəyyənləşib. Nazirlər Kabineti idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinə dəyişiklik edib.
FED.az xəbər verir ki, beləliklə traktorlar sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələrinin idxalı zamanı yürüş məsafəsindən asılı olmayaraq zavod tarix buraxılışından bir il çox olduqca işlənmiş avtonəqliyyat vasitəsi kimi qəbul ediləcək. Buna müvafiq olaraq idxal gömrük rüsumu tətbiq olunacaq .
Xatırladaq ki, ölkədə təzə traktorlar idxal gömrük rüsumundan azaddırlar. İstismar olunan traktorlara 5% idxal gömrük rüsumu tətbiq edilir.
Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələrinə gəlincə xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulan təzə avtomobillər eləcə də hava limanlarında sürücü daxil olmaqla 120 nəfərdən çox sərnişin daşıyan avtobuslar idxal gömrük rüsumundan azad olunub.
Bu kateqoriyadan digər təzə avtomobillərin mühərriklərinin hər bir kub santimetrinə gömrük rüsumu müəyyənləşib.
İdxal avtomobillərinə yeni gömrük rüsumu tətbiq olunacaq
14:37
31 İyul 2019