21 sentyabr 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxs Mərkəzi Neftçilər Xəstəxanasına məxsus maşın endirimlə hərraca çıxarılır.
Qurumun balansında olan nəqliyyat vasitəsi (“Nissan Maxima”) 3000 manata təklif olunacaq. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxs Mərkəzi Neftçilər Xəstəxanasının balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.