Martın 29-da, saat 10:00-da “Əmlak Hərrac Mərkəzi” MMC-də İcbari Sığorta Bürosuna (İSB) məxsus daşınar əmlak 10 % endirimlə təkrar hərraca çıxarılacaq.
Baş Prokurorluq və DİN-in 33 maşını satışa çıxarılır – Qiymətlər 14 min manatadək - SİYAHI
FED.az bu barədə İSB-yə istinadən xəbər verir.
Məlumata görə, söhbət “Lexus GS250” markalı minik avtomobilindən gedir. Onun ilkin hərrac qiyməti 42 500 manat, təkrar hərrac qiyməti isə 38 250 manat təşkil edir. Bunun isə 5 %-i, yəni 1 912 manat beh kimi hərracın təyin edildiyi tarixə bir iş günü qalana qədər hərrac sifarişçisinin, əlavə olaraq 500 manat iştirak haqqı isə hərracın təyin edildiyi tarixə bir iş günü qalana qədər hərrac təşkilatçısının hesabına ödənilməlidir.