ABŞ-da ən etibarlı və etibarsız avtomobillər müəyyən olunub. FED.az xəbər verir ki, araşdırma nəticəsində Azərbaycanda da geniş yayılan bir sıra məşhur markaların keyfiyyətinin o qədər yüksək olmadığı ortaya çıxıb. Ölkəmizdə tanınan «Land Rover» isə ən keyfiyyətsiz avtomobil adını qazanıb. Nə qədər qəribə olsa da, reytinqə Koreya avtomobilləri başçılıq edib.
ABŞ-ın J.D. Power and Associates müstəqil şirkətinin, hansı ki, müştərilərin tələbatını öyrənir, tədqiqatı göstərib ki, yerli bazarda ən etibarlı avtomobillər Koreyanın şirkətləridir.
75,7 min nəfər arasında aparılan sorğuların (müştərilərin hər biri 233 suala cavab verib) nəticəsinə əsaslanan tədqiqat göstərib ki, «Hyundai»markasının subbrendi olan premium klass «Genesis» avtomobillərinin G90, G80 və G70 modelləri ilk 90 gün ərzində öz müştərilərinə ən az problem yaradan markalardır. Belə ki, «Genesis»in hər 100 modelinə cəmi 68 nasazlıq düşür.
«Genesis»dən sonra defektlərin sayına görə, Kia avtomobilləri gəlir. Burada hər 100 maşından 72 defekt aşkar edilib. Yeri gəlmişkən, ötən il «Kia» bu reytinqin lideri idi.
3-cü yeri isə «Hyundai» avtomobilləri tutur – 100 maşına 74 defekt.
Keyfiyyəti ilə seçilən alman avtomobilərinin nümayəndəsi isə siyaıha yalnız 4-cüdür. «Porsche»nin hər 100 modelinə 79 defekt tapılıb. Keyfiyyətli avtomobillərin ilk 5-liyini 81 defektlə «Ford» tamamlayır.
Maraqlıdır ki, tədqiqatda iştirak edən 31 avtomobil arasında ən etibarsızı «Land Rover»lər olub. Bau maşınların hər 100 modelinə 160 nasazlıq qeydə alınıb. Axırdan əvvəlki yerləri «Jaguar» (148 defekt) və «Volvo» (122 defekt) tutur. Hərçənd bu 3 modeldəki nasazlıqların əksəriyyəti hərəkət hissəsi ilə deyil, multimedia sistemləri ilə bağlıdır.
Ötən il ərzində keyfiyyət sahəsində ən böyük irəliləyən «Mazda», «Mitsubishi», «Cadillac», «Infiniti», «Hyundai» və «Lexus»da baş verib. Bu modelər siyahıda azı 10 pillə irəliləyiblər.
ABŞ bazarında ən etibarlı və etibarsız avtomobillərin reytinqi:
1. Genesis – hər 100 avtomobilə 68 defekt
2. Kia - 72 defekt
3. Hyundai - 74
4. Porsche - 79
5. Ford - 81
6. Chevrolet - 82
7. Lincoln - 83
8. Lexus - 84
9. Ram - 84
10. Nissan - 85
11. BMW - 87
12. Cadillac - 90
13. Mini - 90
14. Infiniti - 92
15. Mercedes-Benz - 92
16. Buick - 95
17. Jeep - 96
18. Toyota - 96
19. Dodge - 98
20. Acura - 99
21. GMC - 99
22. Mazda - 100
23. Honda - 102
24. Volkswagen - 103
25. Audi - 105
26. Chrysler - 111
27. Mitsubishi - 111
28. Subaru - 115
29. Volvo - 122
30. Jaguar - 148
31. Land Rover - 160