Rusiyanın Kalininqrad vilayətində fəaliyyət göstərən “Autotor” zavodu yenilənmiş “Hyundai Sonata”nın istehsalına başlayıb.
FED.az xəbər verir ki, ötən ilin sentyabr ayında Rusiya bazarına daxil olan bu model iriqovşaqlı metodla yığılır.
Rusiyanın "Sonata" modeli 2,0 - 2,4 litr həcmli benzin mühərrikləri ilə təchiz edilib və 150 - 188 at gücünə malikdir. Hər iki komplektasiyalı model altı sürətli avtomatik ötürücülüdür.
Baza mühərrikli sedan yüz kilometr/sürəti 11,1 saniyəyə yığır, daha güclü versiya ilə isə bunu 9 saniyəyə də əldə etmək mümkündür.
Modelin baza versiyasına - hansı ki, 22,3 min dollara başa gəlir - kondisioner, audio sistem, qızdırılan ön oturacaqlar, eləcə də ön və arxa elektrik şüşə qaldıranlar aiddir.
Bununla da "Sonata", “Hyundai”ın Kalininqradda yığılan beşinci modeli oldu. Qeyd edək ki, bu modeldən başqa "Autotor"da “Elantra”, “Santa Fe”, “Grand Santa Fe” və “Tucson” modelləri də istehsal edilir.
«Hyundai Sonata» da Rusiyada yığılacaq – SİYAHI
12:29
2 Aprel 2018