Hyundai şirkəti Avstraliya, Yaxın Şərq və Şimali Amerika bazarlarında satılacaq və Toyota Land Cruiser modeli ilə rəqabət aparacaq iri ölçülü ofrouder hazırlamaq fikrindədi.
FED.az-ın məlumatına görə, Koreya istehalçısının model xəttində yeni ofrouder səkkiz yerli Palisade modelindən bir pillə yuxarıda qərarlaşacaqdır.
Eləcədə bax:Maşınlara qaz balonu quraşdırmaq təhlükəlidirmi? - VİDEO
Avstraliyanın Car Sales saytının məlumatına əsasən Hyundai ofrouderi Land Cruiser modelindən bir neçə santimetr uzun olacaqdır. Lakin, rama üzərində inşa edilən Toyota LC 200 modelindən fərqli olaraq koreya ofrouderi aparıcı kuzova malik olacağı ehtimalından danışılır.
Çox güman ki, ofrouder Kia Stinger modelindən tanış olan 370 at qüvvəsi və 510 Nm fırlanma anı hasil edən 3,3-litrlik iki turbokompressorlu V6 və 413 at qüvvəli 5,0-litrlik V8 atmosfer mühərrikinə sahib olacaqdır. Müəyyən bazarlarda avtomobil dizel aqreqatı ilə də təklif olunacaqdır.
Xatırladaq ki, Hyundai Palisade modelinin carçısı olan HDC-2 Grandmaster konseptual krossoveri bu ilin iyun ayında Pusanda keçirilən avtosalonda nümayiş etdirilibdir. Konseptin seriya variantının ilin sonuna qədər debüt edəcəyi gözlənilir.
Eləcədə bax:Maşınları sığortalamaq neçəyədir? - MARKALAR, QİYMƏTLƏR
Eləcədə bax:Yol polisi yenə maşınları dəyişir – BAHALI MERSEDESLƏR
Mənbə: Autograph