Bu ilin may ayında Cənubi Koreyanın “Hyundai Motor” şirkətinin qlobal satışları ötən ilin eyni dövrü ilə müqayisədə 39% azalaraq 217 510 min ədədə düşüb.
Eləcə də bax: "Nissan" Peterburqdakı zavodunu - MÜVƏQQƏTİ BAĞLAYIR
FED.az “report”a istinadən xəbər verir ki, aprel ayı ilə müqayisədə isə nəqliyyat vasitələrinin satışından 30% və yaxud 49 817 min ədəd artım var.
İl ərzində ölkədaxili satışların “Grandeur”, “Elantra” və “GenesisG80” kimi yeni modellərin hesabına 5% artdığı, ölkə xarici satışların isə 50% azaldığı bildirilir.
Cənubi Koreyanın Ticarət Nazirliyinin açıqlamasına görə isə, mayda yerli avtomobil istehsalçılarının ümumi satışları illik müqayisədə 54% azalıb.