Hyundai avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru “Auto Azərbaycan” şirkətinin marketinq direktoru Rauf Cahangirov vəzifəsini tərk edir. Bunu Rauf Cahangirov bildirib.
Bundan sonra şirkətinin marketinqi Murad Mirzəyevə tapşırılır.
"Bu gün 6 il böyük zəhmət və həyəcanla çalışdığım "Auto Azərbaycan" şirkətində sonuncu iş günümdür. Bu qərarı vermək heç də asan olmadı. Lakin yeni karyera hədəflərinə doğru yol almanın da zamanı idi. Şirkətimizin Marketinq fəaliyyətinə yeni nəfəs gətirmək üçün məni gənc dostumuz Murad Mirzəyev əvəz edəcək",- Rauf Cahangirov bildirib.