Xarici mediada yayımlanan məlumata görə, Cənubi Koreyanın avtomobil istehsalçısı Hyundai Motors ölkədəki fəaliyyətini dayandıracaq. Buna səbəb koronavirusun yayılması ilə əlaqədar Çindən avtomobil detallarını tədarük edə bilməməsidir.
Bu vəziyyət Azərbaycanda "Hyundai Azərbaycan" şirkətinin fəaliyyətini dayandırması ilə bağlı məlumatın yayılmasına səbəb olub.
FED.az xəbər verir ki, məsələ ilə bağlı TED.az-ın sorğusuna cavab verən "Hyundai Azərbaycan" şirkəti fəaliyyətini dayandırması ilə bağlı məlumatı təkzib edib: “Bu gün yayımlanan məlumata görə, Cənubi Koreya hökuməti Çində davam edən kornovirus böhranı səbəbilə, bir müddət Çindən idxalı dayandırdı. Cənubi Koreya avtomobil istehsalçısı Hyundai Motors Company Cənubi Koreyada yerləşən zavodların bir sıra xammal və ehtiyat hissələrini Çindən əldə etdiyi üçün avtomobil istehsalında gecikmələrin ola biləcəyini bildirib. Buna baxmayaraq zavodlar öz fəaliyyətini davam etdirir”.
Hyundai Azərbaycandan verilən məlumata görə, Cənubi Koreya ilə yanaşı Çexiya və Rusiyada yerləşən zavodlardan avtomobil idxal edilir. Yeni avtomobillərin və ehtiyat hissələrinin idxalı ilə bağlı hazırda gecikmələr gözlənilmir.