"Hyundai" şirkəti Rusiyada 28 mindən çox avtomobili nasazlıq səbəbindən geri çağırıb.
FED.az-ın məlumatına görə, bu qərar avtomobillərin yanacaq şlanqında qeydə alınan qüsurlarla bağlıdır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2017-ci ilin noyabrınadək satılmış “Creta" modellərinə şamil edilir.
Bildirilir ki, bu maşınlarda təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.