Çinin «Huawei» şirkətin təqdim etdiyi yeni yolsuzluq avtomobilinə 18 saata 50 mindən artıq sifariş verilib və bu proses davam etməkdədir.
FED.az xəbər verir ki, avqustun 25-də təqdim olunan orta ölçülü yolsuzluq avtomobili «Shangjie H5» (və ya Saic H5 ) dərhal xitə çevrilib.
«Huawei» və «SAIC Group» şirkətlərinin birgə məhsulu olan, eləcə də ən ucuz yolsuzluq avtomobili kimi tanınan model sentyabrın 23-də satışa çıxmalıdır.
Artıq təqdimat olan kimi ilk 1 saatda maşina 25 min sifariş gəlib. 18 saatdan sonra bu rəqəm 50 minə yüksəlib.
«Shangjie H5»in ölçüləri 4780 mm X 1910 mm x 1664 mm təşkil edir, təkər bazası isə 2840 mm-dir.
Maşın iki variantdı təqdim edilir: uzaldılmaş məsafəsi olan elektromobil (EREV) və sadəcə elektrik avtomobili (PEV). EREV variantı qarışıq rejimində 1360 km gediş məsafəsinə maklikdir, yanacaq sərfiyyatı isə 100 km üçün 4,44 litr təşkil edir.
Elektrik avtomobili isə qarışıq rejimdə 665 km gediş məsafəsinə malikdir, 100 km-ə isə 13,4 kVtsaat enerji işlədir.
Avtomobilin qiyməti 27 800 dollardan başlayacaq.