«Honda» özünün ən məşhur krossoveri olan «Honda CR-V»nin 6-cı nəslini buraxıb. Xatırladaq ki, «CR-V»lər ardıcıl 4 ildir ki, ABŞ bazarında ən çox satılan maşınlardır, yalnız sonuncu il onları «Toyota RAV4» bir qədər qabaqlayıb.
Azərbaycana köhnə avtomobillərin gətirilməsi və istifadəsi - MƏHDUDLAŞDIRILACAQ
FED.az xəbər verirki, bu dəfə yaponlar hibrid motorları yeniləyiblər, nəticədə maşın daha güclü – tarixində ən güclü varianta çevrilib. «Honda»da ümid edirlər ki, hibrid motorun güclənməsi satışlara yaxşı təsir edəcək və qənaətli maşın satışların yarısını təşkil etməlidir.
Bu dəfə maşınla iki elektrik motoru quraşdırılıb, onlar 2 litrlik benzin mühərriklə birlikdə işləyəcək.
Bu dəfə «CR-V»lər 4 komplektasiyada buraxılır, onların arasında «Sport» və «Sport Touring» də var. Avtomobilin gücü 207 at gücünə çatır.
Baza variantında benzin turbo motorunun həcmi 1,5 litr, gücü 193 at gücüdür. Yeni turbokompressor və bəzi texniki təkmilləşmələr nəticəsində maşının fırlanma momenti yüksəlib, nəticədə maşının qaz pedalına basmağa reaksiyası yaxşılaşıb.
«CR-V»nin bu variantında pilləsiz variantorlu sürət qutusu quraşdırılıb, «Honda» mühəndisləri çalışıblar ki, bu modeldə titrəyiş və səsi azaltsınlar. Bütün versiyalarla tam çəkim mümkündür.
Əsas məsələ – bu dəfə «CR-V»nin görünüşü də dəyişib. Əvvəla, maşın bir az da yekəlib – onun həm eni, həm də uzunluğu artıb. Qabaq dayaqlar bir qədər geri çəkilib, yan güzcülərin yeri dəyişib, nəticədə «CR-V»lərin əsas narahatlıqlarından olan sürücünün qabağı və ətrafı görməsi imkanı daha yaxşı olub. Baza versiyasında 18-düymlük, maksimalda isə 19 düymlük təkərlər qoyulub.
«Honda» fəxrlə bildirir ki, budəfəki «CR-V» lərdə yük hissəsinin həcmi tarixdə ən böyük göstəriciyə çatıb – 1028 litr, arxa oturacaqları qatlayanda bu rəqəm iki qat yüksəlir.
Sürcü ilə qabaq sərnişinin arasında isə 9 litrlik əşya yeri nəzərdə tutulub. Multimediaya gəlincə, baza vermiyalarda 7 düym, bahalı variantlarda 9 düymlük sensor ekran var.
Ən maraqlı yenilik təhlükəsizliklə bağlıdır. «Honda» artıq elan edib ki, bu modeli üçün ABŞ-ın yol təhlükəsizliyi üzrə sığorta institutunun (IIHS) mükafatını qazanmaq niyyətindədir.
Bu dəfə «CR-V»lərdə sürücü və qabaqdakı sərnişin üçün yeni təhlükəsizlik yastıqları quraşdırılıb. Onlar elə düzəldilib ki, qəza zamanı insanları baş beyninin ağır zədələrindən qorusunlar.
Ona görə də sürücünün «eyrbəq»i başı qorumaq üçün «ponçik» formasında quraşdırılıb. Sərnişinin təhlükəsizlik yastığı isə 3 hissədən ibarətdir. İlk dəfə olaraq «CR-V»lərdə dizlərin qorunması üçün təhlükəsizlik yastıqları quraşdırılıb. Bundan başqa, ilk dəfə olaraq arxa sərnişinlər üçün yan təhlükəsizlik yastıqları da quraşdırılıb.
Digər tərəfdən «CR-V»nin cihazları sürücüyə nəzarət edir və əgər hesab etsələr ki, o diqqətsizdir, xəbərdarlıq edirlər. Bundan başqa, sürücü hər dəfə maşından çıxanda avtomobil ona arxa oturacağa baxmağı xatırladacaq ki, uşağı və ya ey heyvanını yaddan çıxarıb getməsinlər.
Nəhayət, ilk dəfə olaraq bu modellərdə «CR-V» sürücüyə tıxaclarda kömək edəcək və yol nişanlarını tanıyacaq.
Qiymətə gəlincə, hələlik bu avtomobillərin ABŞ bazarı üçün qiyməti məlumdur - 26,8 min dollardan 37,8 min dollar arasında dəyişir.