Hollandiyanın Məlumatların Mühafizəsi İdarəsi (Autoriteit Persoonsgegevens, AP) Amerikanın taksi sifarişi xidməti Uber-i avropalı sürücülərin şəxsi məlumatlarını ABŞ-a köçürdüyünə görə 290 milyon avro cərimələyib.
"Uber", "Bolt", "189" və başqaları - Taksi sürücüsü işləmək üçün hansı şirkət daha sərfəlidir? – ŞƏRTLƏR, QAYDALAR, FAİZLƏR
FED.az xəbər verir ki, cəzaya səbəb Avropadakı taksi sürücülərinin şəxsi məlumatlarının Aİ qaydalarına zidd olaraq ABŞ-a göndərilməsi olub. Hollandiyanın Məlumatların Mühafizəsi Təşkilatı (DPA) Uber-in bu təcrübəni dayandırdığını bildirdi.
"Bu səhv qərar və fövqəladə cəza tamamilə ədalətsizdir", Uber sözçüsü Kaspar Nikson Reuters-ə e-poçt göndərərək qərarı tənqid edib.
Hollandiyanın Məlumatların Mühafizəsi Təşkilatı , Uber-in şəxsi məlumatların qorunması üçün lazımi tədbirlər görmədiyini və bunun GDPR-nin ciddi şəkildə pozulması olduğunu vurğuladı. Uber bu qərardan apellyasiya şikayəti verə biləcək və uğursuz olarsa, Hollandiya məhkəmələrinə müraciət etmək hüququ qazanacaq. Hüquqi prosesin təxminən dörd il çəkəcəyi və bu müddət ərzində cərimənin dayandırılacağı gözlənilir.
İstintaq Fransada bir insan haqları təşkilatının ölkədəki 170-dən çox taksi sürücüsünün adından şikayət etməsindən sonra başlayıb. Uber-in Avropadakı baş ofisi Hollandiyada olduğu üçün fayl DPA-ya göndərilib. Fransanın milli məlumatların qorunması orqanı CNIL, bu prosesdə DPA ilə əməkdaşlıq etdiyini açıqladı.
Qeyd edək ki, oxşar hadisə əvvəldə yaşanıb, DPA yanvar ayında sürücülərin şəxsi məlumatları ilə bağlı məxfilik qaydalarını pozduğuna görə Uber-i 10 milyon avro (11 milyon dollar) cərimələyib.