Azərbaycan hökumətində dizel avtomobillərinin ölkəyə gətirilməsi və onun mənfi ekoloji fəsadları ilə bağlı müzakirələr aparılır. FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov "report"a müsahibəsində bildirib.
Eləcə də bax: Bakıda benzin və dizellə işləyən avtobuslar - İSTİSMARDAN ÇIXARILACAQ – YENİ QƏRAR
Qeyd edək ki, hazırda bir sıra Avropa ölkələrində dizel mühərrikli avtomobillərin istifadəsinə məhdudiyyətlər başlayıb və 2025-ci ildə Avropa ölkələrində bu cür avtomobillərin istifadəsi tam məhdudlaşdırılacaq. Paralel olaraq iqtisadi sərfəli olduğuna görə, Avropadan Azərbaycana dizel avtombilləri kutləvi şəkildə idxal edilir.
Eləcə də bax: Hibrid avtomobillərin idxalını artırmaq üçün - HAZIRLIQ GEDİR - MÜSAHİBƏ
M.Vahabov bildirir ki, Avropa ölkələrində dizel yanacağı ilə işləyən avtomobillərin istismarı 2025-2026-cı illərə qədər olan müddətə nəzərdə tutulur: «Bu baxımdan ölkəmizdə istifadəsi ekoloji cəhətdən mənfi fəsadlara səbəb olan dizel yanacağı ilə işləyən minik avtomobillərinin gələcək dövrlərdə idxalına marağın azaldılması məqsədilə aidiyyəti qurumlarla müzakirələr zamanı müvafiq təkliflər təqdim olunacaq».