İrandan istehsal edilib, Azərbaycana minik avtomobillərinin yığılması üçün gətirilən hissələr artır, bu da minik avtomobilləri istehsalını mühüm fərqlə artırır.
Eləcə də bax: Xaricdən gətirilən avtomobillər üçün – AKSİZLƏR ARTIRILACAQ – HESABLAMA, MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, minik avtomobili istehsalı cari ilin ilk 11 ayında 1 992 ədəd təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat daxil olub.
Statistikaya görə, cari ilin ilk 11 ayında istehsal edilmiş minik avtomobillərinin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 21.3% artsa da, 2019-cu ildəkindən geri qalır. 2019-cu ilin ilk 11 ayında 2 072 ədəd minik avtomobili istehsal edilmişdi ki, bu ölkədə tarixi maksimum idi.
Minik avtomobillərinin 130 ədədi noyabrın payına düşür, bu öncəki ayla müqayisədə 62% azalma, yaxud apreldən bu tərəfə aylar üzrə götürdükdə ən aşağı göstəricidir.
Azərbaycanda əsas minik avtomobilləri Neftçala Avtomobil Zavoduna yığılır. Buraya isə avtomobillərin böyük hissəsi İran İslam Respublikasından gəlir. İranın “Khodro” avtomobil şirkətinin Neftçala Sənaye Parkında minik avtomobilləri yığılması 2016-ci ildən başlanılıb. Bu avtomobillər içində milli avtomobil markası “Khazar”da var.
2020-ci ilin ilk 10 ayında Azərbaycana İrandan 1 057 minik avtomobili kuzovları gətirilib. Cari ilin eyni dövründə bu rəqəm 75% artaraq 1 849 ədəd olmuşdur.
Cari ildən Azərbaycan gömrüyünə avtmobilin hazırlanması üçün lazım olan digər hissələri üçün nəzərdə tutulmuş kodda da məhsul gətirilib. 1.63 mln. ədəd İrandan minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə idxal edilib.