Avropanın avtomobil bazarında mini inqilab baş verib. İlk dəfə olaraq özü enerji yığan hibrid avtomobillərin satışı dizel avtomobillərinin satışını üstələyib.
Qiymətdə demək olar ki, itirməyən 6 krossover – FOTOLAR
FED.az xəbər verir ki, Avropa Avtomobil Sənayesi Müəssisələri Assosiasiyası (ACEA) bildirib ki, 2021-ci ildə Avropada daxilində özü enerji yığma mexanizmi olan hibrid avtomobillərin satışı dizel avtomobillərin satışını üstələyib.
Satış həcmləri arasında fərq böyük deyil – cəmi 48 avtomobil olsa da, hibridləriin və dizellərin satış həcmləri sürətlə dəyişib.
Belə ki, 2020-ci ildə Avropada 2,77 milyon dizel avtomobil satılmışdısa, 2021-ci ildə bu rəqəm 1 901 191-ə enib – yəni satışlar 31% azalıb.
Hibrid avtomobillərinin satışı isə əksinə kəskin artıb. Əgər 2020-ci ildə 1,1 milyon avtomobil satılmışdısa, 2021-ci ildə bu rəqəm 1 901 239-a yüksəlib – yəni 73% artım var.
Bundan başqqa, ACEA bildirib ki, ötən il Avropada satılan hər 11 avtomobildən biri tamamilə elektriklə işləyir – ümumilikdə 880 min belə avtomobil satılıb.