Vergi Məcəlləsinə dəyişikliklər layihəsi çərçivəsində sosial xarakterli dəyişikliklər sırasında hibrid avtomobillərə verilən güzəştlərin müddətinin artırılması nəzərdə tutulur.
Eləcə də bax: Azərbaycanda elektromobil idxalı - 4,5 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev deyib. O bildirib ki, 2022-ci il yanvarın 1-dən mühərrik həcmi 2500 kub santimetrədək olan istehsal müddəti 3 ildən çox olmayan hibrid avtomobillərin ölkəyə idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib. Bu güzəştin müddətinin 1 yanvar 2025-ci ildə bitməsi nəzərdə tutulurdu. Ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq, eyni zamanda “yaşıl artım ölkəsi” prinsipi nəzərə alınmaqla həmin güzəştin müddətinin daha 1 il uzadılması gözlənilir. (Apa)