Hibrid avtomobillərə maraq böyük olsa da, idxal proqnozu özünü doğrultmadı.
Azərbaycanda istehsal olunan avtomobillərin satışı - ƏDV-dən AZAD OLUNACAQ
FED.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, hibrid avtomobillərə tətbiq olunan güzəştlərdən sonra gözlənirdi ki, 2023-cü ildə ölkəmizə idxal olunan ümumi avtomobillərin 10-15 faizindən çoxunu hibrid avtomobillər təşkil edəcək.
“Lakin gözlənilən olmadı.”
İldə cəmi 2-3 faiz artım müşahidə edə bildik.
Ekspert bildirib ki, növbəti aydan etibarən bütün yeni avtomobilərin qiymətində artım müşahidə olunacaq.Bu artım isə istehsalçılar tərəfindən anons edilib.
Qeyd edək ki, ölkəmizə 5 ayda 5884 ədəd hibrid avtomobil idxal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15.8 faiz çox olsa da, gözlənilən artım səviyyəsindən aşağıdır. (Xezerxeber.az)