Azərbaycanda avtomobil bazarında baş verən dəyişikliklər – biznes üçün avtomobillər sektoruna da təsirini göstərir.
FED.az xəbər verir ki, biznes məqsədilə istifadə olunan avtomobillərin də parkı yenilənir, ölkədə müxtəlif markaların yeni modelləri təqdim olunur.
Bunların arasında biznes məqsədləri ilə – qonaqların daşınması və səyahəti üçün nəzərdə tutulan minivenlər ayrıca yer tutur. Belə avtomobillərin komplektasiyaları, burada təqdim olunan opsiyalar və qiymətləri geniş diapazonda dəyişir.
Bu dəfə FED.az həm istifadə təyinatı, həm də göstəriciləri nisbətən yaxın olan iki modelin müqayisəsini təqdim edir.
«Hyundai Staria» Cənubi Koreya avtomobil nəhənginin avtomobil sektoruna 2 il əvvəl təqdim etdiyi sürprizdir. Bu model indiyədək məşhur olan H1 modelini əvəz etməlidir. İlk dəfə 2021-ci ildə təqdim olunan avtomobil Cənubi Koreyada buraxılır və hər il yenilənir.
«Lexus LM» modeli isə 2019-cu ildən təqdim edilir və indiyədək Çində buraxılıb.
Avtomobillərin ölçüləri və texniki göstəriciləri bir-birinə yaxındır – hər halda sərnişinlərin təhlükəsiz və komfortlu daşınması üçün bu modellərdə kifayət qədər opsiyalar tətbiq edilib.
Amma modellərin qiymətində təqribən 3 dəfəyə yacın fərq var. «Hyundai Staria»nın qiyməti 65-89 mi n manat arasında dəyşidiyi halda «Lexus LM»in qiyməti 3 dəfə artıqdır – 224-255 min manat arasındadır.
Hər iki avtomobil üzrə göstəricilər cəlvəldə təqdim edilib:
Lexus LM |
Göstəricilər |
Hyundai Staria |
7 nəfərlik – 224 000 manat
4 nəfərlik – 255 000 manat |
Modelin qiyməti |
Full versiya (Premium Staria) – 88 900 AZN
Baza versiya 64 600 – 73 500 AZN |
Uzunluğu: 5040 mm Eni: 1850 mm Hündürlüyü: 1945 mm |
Avtomobilin ölçüləri |
Uzunluğu: 5253 mm Eni: 1997 mm Hündürlüyü: 1990 mm |
2150-2355 kq |
Avtomobilin çəkisi |
1936-2505 kq |
4 və 7 |
Oturacaq yerlərinin sayı |
7 və 9 |
65-1900 litr |
Yük yeri həcmi |
831 litr |
3 il zəmanət, 3 ildən sonra zəmanət müddətini 7 ilədək uzatmaq mümkündür. |
Zəmanət müddəti |
5 il 100 000 km zəmanət və yaxud 4 il limitsiz zəmanət. |
1 ədəd böyük öndə, 2 ədəd arxa oturacaqlarda |
Monitor sayı |
1 ədəd öndə |
A95 |
Modelin işlədiyi yanacaq növü |
Dizel |
5-6 litr |
100 km üçün nəzərdə tutulan yanacaq sərfiyyatı |
6-6,5 litr |
250 at gücü |
Modelin gücü ( at gücü ) |
202 at gücü |
190 |
Maksimum sürət |
185 |
Mark Levinson premium 3D Surround səs sistemi ilə təchiz olunub. |
Səs sitemi |
BOSE premium səs sistemi (Premium seçim) var. |
3 000 mm
19 düymlük yüngül lehimli döymə disklər |
Təkər Bazası
Disklər |
3 275 mm
18 rəngli pirinç yüngül lehimli disklər. |
8 ədəd USB girişi |
USB portları |
Bütün oturacaqlarda USB girişi |
GA-K platformasından istifadə olunub, radiator barmaqlığı ilə yanbayan daha iti üçqat ön LED faralar yerləşir. Arxada Lexus-un səciyyəvi “L” formalı LED faraları və yeni “LEXUS” nişanı |
Eksteryer |
Rəngli pirinç xrom istifadə olunub. Parametrik piksel işıqları - arxa LED kombinasiya işıqları, öndə tam LED faralar. İşıqlandırmada 64 Rəngli Əhval-Ruhiyyə Lampası. |
Tam avtomatik kondisioner sistemi. |
Havalandırma sistemi |
Tam avtomatik kondisioner sistemi. |
“Smart refresh” texnologiyalı arxa oturacaqlar oxuma lampaları və qatlanan masalarla təchiz edilib. Arxada üfüqi açıla bilən və masaj funksiyalı oturacaqlar. 14-Litrlik soyuducusu var . |
Rahatlıq |
İntellektual elektrikli sürüşən qapı və İntellektual baqaj (avtomatik bağlama funksiyası ilə) - Ağıllı qapı varlığınızı hiss edir və avtomatik olaraq açılır. Hər iki halda intellektual açar şəxsin üzərində olmalıdır. Avtomobil uzun sürgülü oturacaqlar ilə təmin olunub. |
Üçüncü Nəsil Lexus Safety System+ sistemində birləşmiş qabaqcıl aktiv təhlükəsizlik və sürücüyə yardım texnologiyalarından istifadə olunur.
Bunlar arasında sükan dəstəkli “Proactive Driving Assist” sistemi və sürücünün yorğunluq və ya diqqətinin yayınma əlamətlərini yoxlayan yeni Sürücü Monitoru yer alır.
Təkmilləşdirilmiş “Ön Toqquşma Xəbərdalığı” Sistemi - sistemi gündüz vaxtı motosikletləri tanıya bilir və sağa/sola dönmə və ya tıxaclarda hərəkət zamanı daha çox yol hadisəsinin qarşısını almağa imkan verir.
Yol kəsişmələrində dönmə zamanı da qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşma riskini müəyyən edə bilir.
Dinamik Radarlı Kruiz-Kontrol – Öndəki nəqliyyat vasitələrini müəyyən etmək və müvafiq ara məsafəni sazlamaq üçün bu sistem millimetr diapazonlu radar sensorundan və kameradan istifadə edir.
Öndə gedən avtomobil durduqda, LM də dayanacaq.
Qabaqcıl “Lane Trace Assist” sistemi LM-i zolağın ortasında saxlamağa kömək edir, “təbii zolaq izləmə” funksiyasından istifadə edir və döngələrdə dəstəyini təmin edir.
|
Təhlükəsizlik Sistemləri |
Qəzadan Yayınmada Yardımçı Sistem (FCA)- Bir avtomobil, piyada və ya velosipedçi ilə toqquşma təhlükəsi varsa, FCA öncədən xəbərdarlıq edir və lazım gələrsə avtomatik olaraq əyləc tətbiq edir. Daha təhlükəsiz sola dönməni təşviq etmək üçün yol kəsişmələrində qarşıdan gələn avtomobilləri də aşkar edir. Hərəkət Zolağına Nəzərət Sistemi (LKA)- Ön görüntü kamerası, hərəkət zolaqlarını və yol kənarlarını aşkar edərək istəmədən hərəkət zolağından yayınmaların qarşısını alır.
Staria-2021 US4 Safety BCA Ölü Zona Qəzadan Yayınmada Yardımçı Sistem (BCA)
Hərəkət zolağını dəyişmək üçün dönmə siqnalını yandırdıqda, arxa yan nəqliyyat vasitəsi ilə toqquşma riski varsa, sistem xəbərdarlıq edir.
Xəbərdarlıqdan sonra, toqquşma riski artarsa, funksiya toqquşmanın qarşısını almaq üçün avtomobili avtomatik olaraq idarə edir.
Təhlükəsiz Çıxış Xəbərdarlığı (SEA) - SEA sistemi, sərnişinlər avtomobildən çıxmaq üçün qapını açdıqda arxa tərəfdən yaxınlaşan bir nəqliyyat vasitəsi aşkar edilərsə xəbərdarlıq edir.
Staria US4 Safety SCC Smart Kruiz Kontrol (SCC)- qabaqdakı avtomobildən məsafəni qorumağa və sürücünün təyin etdiyi sürətlə avtomobili idarə etməyə kömək edir.
Hərəkət Zolağını İzləmə Sistemi (LKA)- Ön kamera zolaq işarələrini izləyir və avtomobilin şeridin içərisində təhlükəsiz şəkildə mərkəzdə saxlanmasına kömək edir.
Arxa Çarpaz Qəzasından Yayınmada Yardımçı Sistem (RCCA)- RCCA, geriyə doğru hərəkət edərkən, arxa yoldan yaxınlaşan bir avtomobil haqqında xəbərdarlıq edir və lazım gələrsə təcili əyləc tətbiq olunur. |