Avto

Hamı Azərbaycana maşın daşıyır

Hamı Azərbaycana maşın daşıyır | FED.az
15:34 15 Noy 2018

2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumilikdə 19 336 ədəd avtomobil idxal olunub.

FED.az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 2,4 dəfə artıb.

Ölkəyə gətirilən avtomobillərin 179 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 17 345 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 722 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 90 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

2017-ci ilin Yanvar-Oktyabr aylarında Azərbaycana 8 102 ədəd nəqliyyat vasitəsi, o cümlədən 7 098  ədəd minik avtomobili, 795  ədəd yük avtomobili, 148  ədəd avtobus və 61 ədəd xüsusi təyinatlı texnika idxal olunmuşdu.
 


Digər xəbərlər