Azərbaycan və Özbəkistanın İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində reallaşdırmaq istədiyi "Minik avtomobillərinin istehsalı" layihəsinin detalları açıqlanıb.
Azərbaycan və Özbəkistan avtomobil istehsalını genişləndirir - FOTOLAR
FED.az xəbər verir ki, layihəni Özbəkistan vətəndaşı Otabek Salıyevin rəhbərlik etdiyi "Azərmaş CP" icra edəcək.
88 milyon manat investisiya qoyulması planlaşdırılan istehsal xətti 2025-ci ilin may ayında istismara verilməlidir. Burada ABŞ, İtaliya, Çin, Cənubi Koreya və Özbəkistan texnologiyaları əsasında ildə 30 min minik avtomobili istehsal olunacaq. Ərazisi 16 hektar, istehsal sahəsi isə 31 min kvadratmetr olacaq zavodda 1 200 nəfər işlə təmin ediləcək.