Avto

Gürcüstandan gətirilən avtomobillərin sayı – AÇIQLANDI

Gürcüstandan gətirilən avtomobillərin sayı – AÇIQLANDI | FED.az
21:13 20 Noy 2018

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 7955 ədəd minik avtomobili ixrac olunub.
 
Bu barədə  Gürcüstanın Milli Statistika İdarəsindən məlumat verilib.
 
ELƏCƏ DƏ BAX: Аvtomobil istehsalı dəfələrlə artıb – HAMISI SATILIR
 
İlin ilk 10 ayı ərzində Azərbaycan qonşu ölkədən ən çox minik avtomobili idxal etmiş ikinci ölkə olub.
 
Gürcüstandan minik avtomobillərinin ixracına görə birinci yeri 22575 ədəd nəqliyyat vasitəsilə Ermənistan tutub. Üçüncü ən böyük avtomobil idxalçısı isə Ukrayna (6698 ədəd) olub.
 
Yanvar-oktyabr aylarında Gürcüstandan ümumilikdə, 40 397 ədəd minik avtomobili ixrac olunub ki, bu da illik müqayisədə 90,5% çoxdur. İlkin məlumatlara əsasən, qonşu ölkə avtomobillərin builki təkrar ixracından 317 mln. dollar gəlir əldə edib.

Digər xəbərlər